İranı xilas edən adam Tehranda

Dünya

22.05.2026 16:59

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Munir İran və ABŞ arasında vasitəçilik missiyasının bir hissəsi kimi danışıqlar aparmaq üçün mayın 22-də Tehrana uçub.

TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.

Pakistan ordusunun baş komandanı artıq Tehrana uçub və İran rəsmiləri ilə görüşlər keçirəcək. Qeyd edək ki, Pakistanın daxili işlər naziri Möhsin Rza Nəqvi də üç günlük rəsmi səfər çərçivəsində Tehranda olub və İran hakimiyyəti ilə bir neçə görüş keçirib.

Bu səfərlər son vaxtlar gərginləşən regional vəziyyət fonunda İran-Pakistan əlaqələrinin daha da gücləndirilməsi və mümkün vasitəçilik səyləri baxımından diqqət çəkir.

Jalə Rövşən

TodayPress TV

tag: Pakistan,İran ,Tehran ,Asim Munir ,Todaypress.tv,