İranda silahlı ÜSYAN hazırlığı: Şəhərlər ələ keçiriləcək!
Dünya
07.04.2026 11:10
"İranda hakimiyyətə qarşı silahlı üsyan hazırlığı gedir".
TodayPress TV xəbər verir ki, bunu haqqin.az-a müsahibəsində iranlı yazıçı və ərəbşünas Əli Hüseyn Necat deyib.
O bildirib ki, ABŞ müxtəlif kanallar vasitəsilə İran daxilində müxalif qüvvələri silahlandırır.
Necatın sözlərinə görə, ölkədə silahlı qiyam üçün zəmin hazırlanır:
“Mənə elə gəlir ki, belə bir ssenari mümkündür: hərbçilər və mülki şəxslər şəhərləri ələ keçirəcək, koalisiya dronları isə hakimiyyət qüvvələrinin qarşısını alacaq. Bu isə yalnız İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və digər qüvvələr zəiflədikdən sonra baş verə bilər”.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp iranlıların azadlıq istədiyini və uyğun şərait yaranacağı halda hakimiyyətə qarşı çıxacaqlarını bildirmişdi.
Qiymət Mahir
tag: İran,ABŞ, Əli Hüseyn Necat,Qiyam,SEPAH,TodayPress TV,
