İranda ŞƏT ölkələrinin antiterror təlimləri başladı

Dünya

01.12.2025 15:52

İranın şimal-qərbində, Şərqi Azərbaycan vilayətində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin "Səhənd Antiterror 2025" adlı birgə təlimləri start götürüb. Təlimlər dekabrın 1-də başlayıb və 5 gün davam edəcək.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqayinin məlumatına görə, antiterror hazırlığına ümumilikdə 13–14 ölkənin hərbçiləri qatılıb.

O bildirib ki, bu təlimlər İranın terrorizmlə mübarizəyə verdiyi önəmin və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istəyinin göstəricisidir.

Xatırladaq ki, oktyabr ayında ŞƏT-in regional antiterror qurumunun rəhbərliyi təlimlərin bağlanış mərasimini dekabrın 4-də Təbriz yaxınlığında keçirməyin planlaşdırıldığını açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Şanxay Əməkdaşlıq Təşkilatı ,İran,Terror,Təlim ,Todaypress.tv,