İranda internetə girişə müvəqqəti məhdudiyyət qoyuldu

İranda internetə girişə müvəqqəti məhdudiyyət qoyuldu
13.06.2025 15:29 Dünya

İran hökuməti İsrailin hücumu ilə əlaqədar internetə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəsmi açıqlama yayıb.

"Ölkədəki xüsusi vəziyyətlə əlaqədar və səlahiyyətli qurumların qərarlarına əsasən, internetə çıxış müvəqqəti olaraq məhdudlaşdırılıb", - deyə nazirliyin bəyanatında bildirilib.

Nazirlik qeyd edib ki, ölkədə vəziyyət normallaşdıqdan sonra internet xidmətləri tam bərpa olunacaq.

Töhfə Səməd


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər