İranda inqilab yaşanır: SEPAH Əraqçi, Pezeşkian və Qalibafı həbs etdi-İDDİA
Dünya
22.04.2026 10:41
Tehranla bağlı sosial şəbəkələrdə və bəzi informasiya kanallarında “inqilabi qiyam” barədə iddialar yayılıb.
TodayPress TV xəbər verir ki, xarici mənbələrin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən yüksək vəzifəli şəxslər — Qalibaf, Pezeşkian və Əraqçinin ev dustaqlığına salındığı iddia olunur.
Eyni zamanda, ABŞ ilə aparılan danışıqların dayandırıldığı bildirilir.
Lakin bu xəbərlər hələlik rəsmi qurumlar və etibarlı beynəlxalq mənbələr tərəfindən təsdiqlənməyib. Müşahidəçilər qeyd edirlər ki, yayılan məlumatların mühüm hissəsi İran əleyhinə mövqedə olan və Səudiyyə Ərəbistanını dəstəkləyən informasiya resurslarından qaynaqlanır.
Analitiklərin fikrincə, İran hakimiyyəti daxilində müəyyən fikir ayrılıqları barədə siqnallar mövcud olsa da, konkret olaraq bu iddiaların doğruluğu şübhə altındadır. Qeyd olunur ki, adı çəkilən şəxslər indiyədək əsasən İİKK-nın mövqeyi ilə uzlaşan fiqurlar kimi tanınıblar. Xüsusilə, Qalibafın keçmişdə İİKK ilə bağlılığı bu iddiaları daha da mübahisəli edir.
Bəzi şərhçilər bildirirlər ki, əgər məlumatlar təsdiqini taparsa, bu, ABŞ prezidenti Donald Trampın İran hakimiyyətində “ciddi parçalanma” ilə bağlı açıqlamaları ilə uyğunluq təşkil edə bilər. Bununla yanaşı, regionda gərginliyin davam etdiyi bir vaxtda atəşkəsin uzadılması və blokada siyasətinin saxlanılması kontekstində də diqqət çəkə bilər.
Qeyd edək ki, hazırda isə yayılan məlumatlar təsdiqlənməmiş və etibarlılığı şübhəli iddialar kimi qiymətləndirilir.
Jalə Rövşən
tag: Tehran, Qalibaf,Məsud Pezeşkian ,Abbas Əraqçi ,Todaypress.tv,
