İranda Hörmüzlə bağlı vacib görüş keçiriləcək
İranda Körfəz ölkələrinin iştirakı ilə regional görüş keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Məlumata görə, sentyabrın 14-də Omanda Fars və Oman körfəzlərinin sahilində yerləşən ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə regional görüş baş tutacaq.
Onun sözlərinə görə, toplantıda İran, İraq və regionun digər ölkələrinin nümayəndələri iştirak edəcək.
Görüşdə əsas müzakirə mövzularından biri Tehran və Maskat arasında Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların təmin edilməsi ilə bağlı aparılan danışıqlar olacaq.
Kübra Musayeva