İranda 40 illik dini nəzarət bitir
İran parlamenti kəşfiyyat nazirinə müctəhid olmaq tələbini aradan qaldıran təcili qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, Amwaj Media-nın məlumatına görə, müzakirələr bazar günü keçiriləcək.
Məlumata görə, təklif qəbul olunarsa, 1983-cü ildə yaradılmış Kəşfiyyat Nazirliyinə rəhbərlik etmək üçün yüksək dini rütbəyə malik olmaq tələbi ləğv ediləcək.
Qeyd edək ki, mart ayında İranın kəşfiyyat naziri İsmayıl Xətibin öldürülməsi ölkədə təhlükəsizlik sistemində ciddi dəyişikliklər məsələsini gündəmə gətirib.
Məlumata görə, Prezident Məsud Pezeşkian nazir postu üçün dörd namizəd üzərində düşünür. Keçmiş kəşfiyyat naziri Mustafa Purməhəmmədinin də mümkün namizədlər sırasında olduğu bildirilir. O, eyni zamanda din xadimidir.
Beləliklə, qanun layihəsinin qəbulu İranda kəşfiyyat qurumunun yaradılmasından bəri davam edən 40 illik dini nəzarət modelində dəyişiklik yarada bilər.
Jalə Rövşən