İran XİN: "ABŞ-nin ticarət tarifləri qlobal təhlükə yaradır"

Dünya

14.01.2026 14:27

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi bildirib ki, ABŞ-nin İranla əməkdaşlığa tətbiq etdiyi tariflər qlobal ticarət üçün təhlükəli nəticələrə səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-nin "Telegram" kanalında dərc olunmuş bəyanatında məlumat verilib.

İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü ABŞ-nin iqtisadi sanksiyalarının qanunsuz və qeyri-insani mahiyyətini, eləcə də onların BMT Nizamnaməsinin prinsipləri, fundamental normaları və beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini qeyd edib.

Bəqayi, həmçinin BMT-nin və baş katib də daxil olmaqla, onun bütün qurumlarının beynəlxalq səviyyədə qanunun aliliyinin qorunması ilə bağlı öz vəzifələrini yerinə yetirmək məsuliyyətini qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla ticarət edən bütün ölkələrə qarşı 25% tarif tətbiq edəcəyini açıqlamışdı.

Aysel Mətləb

TodayPress TV

tag: İran ,XİN,BMT,ABŞ,Todaypress.tv,