İran XİN: “ABŞ ilə birbaşa dialoq baş tutmayıb”
Dünya
31.03.2026 11:17
Hərbi münaqişə boyunca ABŞ ilə heç bir birbaşa danışıqlar aparılmayıb.
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi özünün “X” hesabında yazıb
“Bu otuz bir gün ərzində Amerika ilə heç bir danışıqlar aparmamışıq. Yalnız danışıqlar üçün müraciət olub və ABŞ-dan bir sıra təkliflər gəlib. Bu təkliflər Pakistan da daxil olmaqla müəyyən vasitəçilər vasitəsilə bizə çatdırılıb”,- Bəqayi qeyd edib.
Onun sözlərinə görə, İranın mövqeyi dəyişməz olaraq qalır. Hazırda ABŞ-nin hərbi təcavüzü və işğalı tam intensivliklə davam etdiyindən, ölkənin bütün səyləri və imkanları İranın müdafiəsinə yönəlib.
“Biz son bir il ərzində iki dəfə diplomatiya xəyanəti ilə üzləşmişik və bunu unutmayacağıq”,- sözçü əlavə edib.
Qeyd edək ki, bir həftə əvvəl “The New York Times” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən yazmışdı ki, Vaşinqton Tehrana Yaxın Şərq münaqişəsindən çıxmaq üçün, İranın ABŞ iqtisadiyyatına artan təsiri fonunda, 15 maddəlik plan təqdim edib.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata fevralın 28-də başlayıblar.
Jalə Rövşən
tag: ABŞ,İran , Pakistan,Dialoq ,Todaypress.tv,
