İran "Xəzər sammiti" keçirəcək

Dünya

24.04.2026 17:33

"İran Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, avqustun 12-də Xəzəryanı dövlətlərin sammitinin keçiriləcəyini gözləyir".

TodayPress TV xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar məlumat verib.

Onun sözlərinə görə, Tehran yeddinci sammiti Beynəlxalq Xəzər Dənizi Günündə keçirmək niyyətindədir və bu, Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümünə təsadüf edir. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin iştirakı gözlənilir.

Beynəlxalq Xəzər Dənizi Günü 12 avqustda qeyd olunur və 2006-cı ildə Xəzər dənizinin dəniz mühitinin qorunması haqqında Çərçivə Konvensiyasının imzalanmasını qeyd edir. Əvvəlki, altıncı sammit 2022-ci ildə Aşqabadda keçirilmişdir.

Görüşün planları İran ətrafında davam edən gərginlik fonunda açıqlanıb. ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarının başlamasından bəri hər iki tərəf müvəqqəti atəşkəs elan edib və danışıqlar aparıb, lakin uzunmüddətli razılaşma barədə heç bir razılıq əldə edilməyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Xəzər,Sammit,ABŞ,Todaypress.tv,