İran və Rusiya birgə hərbi təlimlər keçirəcəklər

İran və Rusiya birgə hərbi təlimlər keçirəcəklər
18.02.2026 21:40 Dünya

İran və Rusiya silahlı qüvvələri fevralın 19-da Oman dənizində və Hind okeanının şimalında birgə dəniz təlimləri keçirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb. 

İranın vitse-admiralı Həsən Maksudlu bildirib ki, təlimlərin əsas məqsədi Oman dənizində və Şimali Hind okeanında təhlükəsizliyi və sabit dəniz əməkdaşlığını gücləndirməkdir. O qeyd edib ki, təlimlərin məqsədlərinə birgə dəniz əməkdaşlığının genişləndirilməsi və iki ölkənin donanmaları arasında birgə əməliyyatların hazırlanması, həyata keçirilməsi sahəsində əlaqələrin gücləndirilməsi də daxildir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər