İran raket istehsalını bərpa edir: Yeraltı obyektlərdə hazırlıq gedir
İran yeraltı obyektlərdə saxlanılan komponentlərdən istifadə edərək ballistik raketlərin istehsalını yenidən bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran hazırda həm maye yanacaqlı raketlər, həm də əvvəlcədən hazır vəziyyətdə saxlanıla bilən bərk yanacaqlı raketlər yığır.
İranın yeni yeraltı istehsal və yığım müəssisələri qurmağı planlaşdırdığı da bildirilir. Məqsəd mümkün yeni zərbələr zamanı raket istehsalının dayanmasının qarşısını almaqdır.
“The Wall Street Journal” yazır ki, bu məlumat ABŞ və İsrailin müharibədə əldə etdiyi əsas nəticələrdən biri kimi təqdim etdiyi İranın raket imkanlarının zəiflədilməsi ilə bağlı iddialara ciddi suallar yaradır.
Bundan əvvəl də İranın ABŞ və İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşdığı barədə məlumatlar yayılmışdı. Bildirilir ki, Tehran mümkün hücumların qarşısını almaq üçün raket və dron istehsalını sürətləndirir, eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun rolunu artırır.
Türkan İsgəndərli