İran parlamentinin sədri ABŞ-yə xəbərdarlıq etdi

İran parlamentinin sədri ABŞ-yə  xəbərdarlıq etdi
11.01.2026 15:16 Dünya

İran eyni vaxtda 4 cəbhədə müharibə aparır.

TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

Onun sözlərinə görə, savaşlardan biri İsrail və ABŞ ilə aparılır. "Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir".

Spiker ABŞ-nin etirazlara müdaxiləsinə də toxunub: "Əgər ABŞ İrana hücum etsə, amerikalıların nəzarətə götürdüyü ərazilər və hərbçiləri bizim üçün qanuni hədəfə çevriləcək".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər