İran fransalı diplomatları gizli görüşdə “yaxaladı”

İran fransalı diplomatları gizli görüşdə “yaxaladı”
15.08.2026 18:25 Dünya

İran Fransanın iki diplomatını Tehranda gizli fəaliyyətlə məşğul olmaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin məlumatına görə, iyul ayında Tehranda saxlanılan iki fransalı diplomat ölkə vətəndaşları ilə gizli əlaqələr qurmağa çalışıb. Nazirlik onların üzərindən götürüldüyü bildirilən sənədlərin Fransanın İran daxilində və xaricində əlaqələr şəbəkəsi yaratmağa cəhd etdiyini göstərdiyini iddia edib.

Tehran bildirir ki, diplomatlar gizli görüş zamanı aşkar edilərək daha sonra Fransanın nümayəndələrinə təhvil verilib. İran tərəfi Parisdən məsələ ilə bağlı izahat tələb edib və belə halların təkrarlanacağı təqdirdə cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib.

Fransa isə daha əvvəl diplomatların təxminən dörd saat saxlanıldığını və onların səfirliklə əlaqə saxlamasına icazə verilmədiyini açıqlayıb. Parisin məlumatına görə, diplomatlardan biri saxlanılarkən fiziki zorakılığa məruz qalıb. İran isə döyülmə ilə bağlı bu ittihamları rədd edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər