İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO
İran ABŞ-ın İordaniya və Bəhreyndə yerləşən hərbi bazalarına hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb.
İran hərbi qurumlarının bəyanatına əsasən, Bəhreyndə yerləşən Şeyx İsa aviabazasında ABŞ ordusuna məxsus yanacaq anbarları, sursat və avadanlıq anbarları, anqarlar, eləcə də hərbçilərin yerləşdiyi məntəqələr hədəfə alınıb.
Məlumata görə, İordaniyada yerləşən Əl-Əzraq aviabazasında isə təyyarə anqarları, aviasiya texnikasının texniki xidmət və təmir obyektləri, həmçinin ABŞ hərbçilərinin dislokasiya məntəqələri vurulub.
Nicat Osmanlı