İran Ermənistanı işğal edir: Müharibədən sonrakı planlar açıqlandı!
Dünya
07.04.2026 11:00
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ilə Ermənistan arasındakı münasibətlərdə ehtiyatlı davranmağa çağırıb.
TodayPress TV xəbər verir ki, o, KTMT-nin baş katibi Taalatbek Masadıykovla görüşdə bildirib ki, Ermənistan təşkilat çərçivəsində fəallıq göstərməsə də, hələ də üzvlüyünü davam etdirir.
Lukaşenko qeyd edib ki, hazırda Ermənistanda, xüsusilə seçkiöncəsi dövrdə vəziyyət mürəkkəbdir. Bu səbəbdən KTMT-nin İrəvanla münasibətlərində çox diqqətli və ehtiyatlı olması vacibdir.
Belarusdan verilən açıqlama sosial şəbəkələrin İran seqmentində böyük müzakirələr yaradıb: Ermənistanın kiçik və zəif dövlət olduğu iddia edilərək, ölkənin uzun müddət müstəqil şəkildə mövcud ola bilməyəcəyi bildirilib.
Eyni zamanda qeyd olunub ki, Ermənistanın ya İranla birləşməsi, ya da Rusiyanın tərkibinə daxil olması variantları nəzərdən keçirilməlidir. Belə fikirlərin post-münaqişə dövrünə aid səslənməsi getdikcə artır.
tag: Belarus ,Aleksandr Lukaşenko,KTMT ,Ermənistan ,TodayPress TV,
