İran: Azərbaycana və Türkiyəyə qarşı heç bir raket atılmayıb
"İran ABŞ və İsrail ilə münaqişə zamanı Azərbaycana və Türkiyəyə qarşı heç bir raket atmayıb".
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
O vurğulayıb ki, bu mövzu ilə bağlı iki prezident və xarici işlər nazirləri arasında aparılan danışıqlar hər hansı anlaşılmazlığı aradan qaldırıb və iki ölkə arasında qarşılıqlı anlaşma mövcuddur.
Türkan İsgəndərli