İndoneziyada yenidən şiddətli zəlzələ oldu

İndoneziyada yenidən şiddətli  zəlzələ oldu
15.08.2026 16:31 Dünya

İndoneziyanın Sumatra adasında 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 311 min insanın yaşadığı Perçut şəhərindən (Şimali Sumatra əyaləti) 70 km cənub-şərqdə, ocağı isə 183 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.


XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər