III Çarlz: "Qardaşımla bağlı polislə əməkdaşlığa hazıram"

III Çarlz: "Qardaşımla  bağlı  polislə əməkdaşlığa hazıram"
19.02.2026 17:29 Dünya

Böyük Britaniya Kralı III Çarlz həbs edilən qardaşı Endryu Mauntbatten-Vindzorla amerikalı maliyyəçi Ceffri Epşteyn arasındakı əlaqələrin araşdırılması çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə  "Bukinqem Sarayı"nın yaydığı açıqlamada bildirilir.

Bəyanatda qeyd olunur: “Endryu Mauntbatten-Vindzorla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları barədə xəbərləri dərin narahatlıqla qarşıladım. Bu məsələnin müvafiq orqanlar tərəfindən tam, ədalətli və hərtərəfli şəkildə araşdırılması vacibdir. Daha əvvəl də bildirdiyim kimi, onlar mənim tam və səmimi əməkdaşlığıma və dəstəyimə güvənə bilərlər.”

III Çarlz vurğulayıb ki, istintaq davam etdiyi müddətdə məsələ ilə bağlı əlavə şərh verməsi məqsədəuyğun deyil. O əlavə edib ki, kral ailəsinin digər üzvləri ilə birlikdə Britaniya xalqına xidmət etməyə və üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər