İğtişaş iştirakçılarının işlərinə xüsusi məhkəmə şöbələrində baxılacaq

Dünya

13.01.2026 15:57

İranda kütləvi iğtişaşlarda iştirak edən şəxslərin, eləcə də terror fəaliyyəti ittihamı ilə saxlanılanların işlərinə xüsusi olaraq yaradılmış məhkəmə şöbələrində baxılacaq.

TodayPress TV xəbər verir ki, bunu Tehran əyalətinin məhkəmə hakimiyyətinin rəhbəri Əli əl-Qasi Mehr "TASS"a açıqlamasında, İranın dövlət teleradio şirkətinə istinadla deyib.

Onun sözlərinə görə, son hadisələr zamanı həlak olanların əhəmiyyətli hissəsi dinc sakinlər, eləcə də terrorçuların hərəkətləri nəticəsində həyatını itirən şəxslərdir: 

“Son gecələr baş verən iğtişaşlar zamanı zorakılığın miqyası, cinayətlərin qəddarlığı və təlim keçmiş terrorçuların hücumları misilsiz dərəcədə böyük olub. Tehran əyalətinin məhkəmə sistemi terrorçuların və iğtişaşlara görə saxlanılan şəxslərin işlərinə baxmağa tam hazırdır. Bu məqsədlə xüsusi şöbələr yaradılıb”.

Əli əl-Qasi Mehr bildirib ki, Tehran əyalətinin rayonlarından birində həlak olanların əksəriyyəti bel və yan nahiyələrdən bıçaq xəsarətləri alıb.

Qiymət Mahir

tag: Tehran ,İran,Əli əl-Qasi Mehr ,Aksiya,Todaypress.tv,