Husilər Səudiyyə Ərəbistanında kritik obyektləri vurdu
Husilər Səudiyyə Ərəbistanının Şərurə şəhəri ərazisində yerləşən hərbi bazaya hücum ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Sabereen News” məlumat yayıb.
Husilərin silahlı qüvvələrinin nümayəndəsinin sözlərinə görə, əməliyyat zamanı silah anbarları, eləcə də Yəmənə qarşı əməliyyatların idarə olunduğu komanda məntəqələri hədəfə alınıb.
Hücum nəticəsində bazada yaranan itkilər barədə əlavə məlumat verilməyib.
Kübra Musayeva