Hörmüz boğazında gəmiçilik trafiki ən yüksək səviyyəyə çatdı
Dünya
06.04.2026 17:16
Hörmüz boğazından keçən gəmiçilik trafiki müharibə başlanandan bəri ən yüksək həddə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
4-5 aprel tarixlərində bu ərazidən 22 gəmi keçib və getdikcə daha çox ölkə İranla razılaşmalar əldə edir.
Agentliyin məlumatına görə, İran gəmiləri dominantlıq etməyə davam edir. Aprelin 5-də İran “qardaş İraq” üçün istisna elan etdikdən sonra, İraq nefti daşıyan ilk tanker boğazdan keçib. Hindistan isə mayeləşdirilmiş təbii qaz daşıyan səkkiz tanker göndərib. Ötən həftə Çinlə əlaqəli konteyner gəmiləri və Yaponiya bayrağı altında hərəkət edən iki gəmi Hörmüz boğazından iki dəfə keçib.
Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl, gündəlik trafik 135 gəmi səviyyəsində idi.
Türkan İsgəndərli
tag: Hörmüz,Gəmiçilik,Trafik,Gəmi,Todaypress.tv,
