Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi

Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi
13.08.2026 20:51 Dünya

ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən "MQ-9 Reaper" pilotsuz uçuş aparatlarının təxminən 25%-ni itirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hər bir PUA-nın qiyməti təxminən 50 milyon dollara çatır.

Məqalədə qeyd olunur ki, ümumilikdə ABŞ Silahlı Qüvvələri 45 "MQ-9 Reaper" itirib. Bu PUA-lar Hörmüz boğazı ərazisində "İran üçün asan hədəfə çevrilib".

Nəşrin hesablamalarına görə, PUA-ların itirilməsi nəticəsində ABŞ vergi ödəyiciləri üçün potensial xərclər 1,3 milyard dolları ötür.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər