Honkonqda çoxmərtəbəli binada yanğın: 1 nəfər öldü, yüzlərlə sakin təxliyə edildi

Dünya

11.01.2026 09:32

Honkonqda çoxmərtəbəli binada baş verən yanğından sonra azı bir nəfər ölüb, digərinin vəziyyəti ağırdır və 300-dən çox insan təxliyə edilib.

TodayPress TV "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, ,Metropolisin şimal-qərbindəki yeni ərazilər adlanan torpaqlarda yerləşən "Yoho Town" yaşayış kompleksində gecə yanğın baş verib.

İlkin məlumatlara görə, yanğına elektrik naqillərindəki nasazlıq səbəb ola bilər. Səhərə qədər yanğınsöndürənlər alovu söndürə bildiriblər.

Yanğının başladığı mənzildə axtarış apararkən xilasedicilər huşsuz vəziyyətdə uzanmış bir kişi və bir qadın aşkar ediblər. 56 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb, 54 yaşlı qadın isə komadadır. Yanğınsöndürənlər binadan 320 sakini təxliyə ediblər.

TodayPress TV



tag: Çin ,Honkonq ,Yanğın ,Bina ,Todaypress.tv,