Hindistanda pələng polisi belə parçaladı
Dünya
06.02.2026 10:50
Hindistanın şimal-şərqində yerləşən Arunachal Pradeş ştatında pələng hüquq-mühafizə orqanlarının əməkdaşına hücum edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Çiksenq Manpanq adlı polis məmuru işdən evə qayıdarkən yırtıcının hücumuna məruz qalıb.
Şahidlərin bildirdiyinə görə, pələng onu motosikletindən yerə yıxaraq meşəyə sürüyüb.
Polis əməkdaşı daha sonra ağacların arasında tapılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Meşə təsərrüfatı rəsmilərinin sözlərinə görə, iki pələng artıq bir neçə aydır Mayudiya ətrafında dolaşır. Bu vəziyyət Roinq–Anini yolu boyunca uzanan sıx meşə dəhlizində ciddi təhlükəsizlik narahatlığı yaradıb.
Hadisə ilə əlaqədar hakimiyyət orqanları sakinlərə yolun potensial təhlükəli hissələrində piyada və ya iki təkərli nəqliyyat vasitələri ilə hərəkət etməmək barədə xəbərdarlıq edib. Vəhşi təbiətin mühafizəsi üzrə xidmət əməkdaşlarına yırtıcıların tutulması və təhlükəsiz əraziyə köçürülməsi, eyni zamanda ictimai təhlükəsizliyin təmin olunması tapşırılıb.
Jalə Rövşən
tag: Polis ,Hindistan ,Məmur,Hücum ,Todaypress.tv,
