Hindistanda elektrik stansiyasında partlayış- 10 nəfər öldü

Hindistanda elektrik stansiyasında partlayış-  10 nəfər öldü
14.04.2026 20:30 Dünya

Hindistanın Çhattisqarh ştatında yerləşən elektrik stansiyasında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "NDTV" telekanalı polisə istinadən məlumat yayıb.

Nəticədə azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Partlayış stansiyanın qazan borusunda baş verib. Hadisədən sonra əraziyə xilasedicilər və polis cəlb olunub, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, lakin dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər