Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu

Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu
20.06.2026 23:15 Dünya

Hindistan bayrağı altında üzən üç tanker — "Desh Vaibhav", "Desh Vibhor", "Sanmar Herald" Hörmüz boğazından uğurla keçib və ölkəyə doğru irəliləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval "X" sosial şəbəkəsində yazıb.

"Təhlükəsiz keçid təmin edilib. Hindistana məxsus üç tanker Hörmüz boğazını uğurla keçib və Hindistana doğru yoluna davam edir", - deyə o bildirib.

Sonovalın sözlərinə görə, gəmilər 860 min tondan çox xam neft daşıyır və onların göyərtəsində 94 hindistanlı dənizçi var.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər