HƏMAS daha bir girovun cəsədini təhvil verəcək

HƏMAS daha bir girovun cəsədini təhvil verəcək
05.11.2025 21:30 Dünya

HƏMAS bu gün Qəzza zolağında saxlanılan bir israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat hərəkatın “Telegram” kanalında dərc olunub.

“İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi razılaşması çərçivəsində bu gün Əl-Şucaiyə bölgəsində tapılan bir girovun cəsədini təhvil vermək qərarına gəldik”, - məlumatda deyilir.

Qeyd edək ki, bu, son günlərdə HƏMAS tərəfindən İsrailə təhvil verilən dördüncü cəsəddir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər