Hələbdəki döyüşlərə görə İrəvana uçuşlar ləğv edildi
Dünya
09.01.2026 11:33
İrəvan Hava Limanının onlayn uçuş məlumat lövhəsinə əsasən, Suriyadakı vəziyyətlə əlaqədar "Fly Cham Wings Airlines" aviaşirkətinin Hələbdən İrəvana reysi ləğv olunub.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Hələbdə Suriya Ərəb Respublikasının keçid hökuməti qüvvələri ilə kürd silahlı dəstələri arasında bir neçə gündür döyüşlər davam edir. Suriya Müdafiə Nazirliyi atəşkəs elan edildiyini bildirsə də, Hələb hava limanı hələ də fəaliyyət göstərmir.
Bununla yanaşı, Yekaterinburqdan (Ural Hava Yolları), Moskvadan (RedWings) və Budapeştdən (WizzAir) İrəvana olan uçuşların da gecikəcəyi açıqlanıb.
Qeyd edək ki, "Fly Cham Wings Airlines" 7 noyabr 2025-ci ildən etibarən Hələbdən İrəvana müntəzəm reyslər həyata keçirməyə başlamışdı.
Türkan İsgəndərli
tag: İrəvan,Suriya,Uçuş,Aviareys,Todaypress.tv,
