Hakan Fidan: "SDF terrorizmə son verməlidir"
Dünya
08.01.2026 16:27
"Kürd koalisiyası Suriya Demokratik Qüvvələrinin (SDF) mövqeyinin münasibətlərin normallaşmasına mane olur".
TodayPress TV "Tass"a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib.
O, Ankarada Omanlı həmkarı Bədr bin Həməd bin Hamud əl-Busaidi ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edib.
Fidan qeyd edib ki, Türkiyə SDF və Dəməşq arasında regionun xüsusiyyətlərini nəzərə alan və Suriyada sabitliyi təmin edən bir razılaşma əldə etməyi ümid edir. Lakin Hələbdə mülki əhaliyə qarşı hücumlar SDF-nin əsl niyyətləri ilə bağlı qorxuları artırıb və sülh səylərini sarsıdıb.
“Hazırkı vəziyyətdə SDF sülhə nail olmaq üçün ən böyük maneədir və Suriyanın, həmçinin bölgənin reallıqlarına zidd olduğu üçün barışmaz mövqeyindən imtina etməlidir. SDF terrorizmə və separatizmə son qoymalıdır”, – deyə Fidan vurğulayıb.
Jalə Rövşən
tag: Hakan Fidan ,Türkiyə,SDF,Kürd ,Todaypress.tv,
