Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı

Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı
02.08.2026 00:47 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə H. Fidan sosial mediada paylaşım edib.

"İranlı həmkarım Abbas Əraqçı ilə bu axşam telefon danışığı reallaşdırdıq. Zəng zamanı aparılan danışıqlar prosesindəki son vəziyyəti müzakirə etdik. Türkiyə regionumuzdakı münaqişələrin sona çatması və davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcəkdir", - deyə nazir qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər