Gürcüstanda plastik qab və alətlərə qadağa qüvvəyə mindi

Dünya

01.04.2026 12:24

Gürcüstanda plastikdən hazırlanmış birdəfəlik qab və alətlərin satışı qadağan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qərara əsasən, plastik bıçaq, qaşıq, çubuq, boşqab, boru, qida qabları, stəkanlar və onların qapaqlarının satışı qadağan olunur.

Bundan əlavə, 1 apreldən etibarən dövlət qurumlarına plastik stəkan, konteyner və 3 litrə qədər plastik qablaşdırmada su almaq da qadağan edilib.

Qanunun pozulmasına görə:

— 1000 lari (370 dollardan çox) cərimə və məhsulun müsadirəsi

— təkrar halda isə 2000 lari (740 dollardan çox) cərimə tətbiq ediləcək

Qeyd edək ki, Gürcüstan hökuməti plastikdən mərhələli imtina planı qəbul edib.

Bu plana əsasən:

— 1 iyun 2026-dan etibarən ictimai iaşə obyektlərində plastik butulkalarda içki təqdim etmək qadağan olunacaq

— 1 fevral 2027-dən isə plastik butulkaların istehsalı, idxalı və satışı tam dayandırılacaq

Məlumata görə, qadağa yalnız ixrac olunan məhsullara şamil edilməyəcək.

Qiymət Mahir

tag: Gürcüstan,Plastik,Qanun,Plan,TodayPress TV,