Gürcüstan Ermənistandan bu kəndi aldı - İrəvanda müxalifət ayağa qalxır

Gürcüstan Ermənistandan bu kəndi aldı - İrəvanda müxalifət ayağa qalxır
28.04.2026 17:01 Dünya

Ermənistan–Gürcüstan sərhədinin delimitasiyası prosesi başa çatdıqdan sonra Ermənistan Gürcüstana məxsus sərhəd kəndi olan Cilizəni geri qaytaracaq.

TodayPress TV  Ermənistan  KİV-nə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Qeyd edək ki, 1921-ci ilin iyulunda Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu Cilizə kəndi də daxil olmaqla Lori neytral zonasının Sovet Ermənistanına verilməsi barədə qərar qəbul edib.

Ermənistan və Gürcüstan SSRİ-nin dağılmasından sonra, 1992-ci ildən etibarən dövlət sərhədinin delimitasiyası məsələsini müzakirə edirlər.

Onu da qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması Ermənistanda birmənalı qarşılanmayıb. Müxalifət qüvvələri prosesə etiraz edirlər. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər