Gürcüstan əcnəbilər üçün yeni viza hazırlayır

Gürcüstan əcnəbilər üçün yeni viza hazırlayır
06.04.2026 17:22 Dünya

Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası parlamentə əcnəbilər üçün C5 vizasının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Qanun layihəsinə əsasən, C5 vizası ilə əcnəbilərə Gürcüstanda bir ilə qədər qalmaq imkanı veriləcək və viza beş il müddətində etibarlı olacaq. Bu viza həm turistlər, həm də ölkədə qeyri-rezident kimi işləmək istəyənlər üçün nəzərdə tutulur. Həmçinin, viza sahibinin həyat yoldaşı və uşaqları da C5 vizasından faydalana biləcək.

Gürcüstan Parlamentinin Bürosu artıq qanuna müvafiq dəyişiklikləri qeydiyyata alıb və parlament sürətləndirilmiş prosedur çərçivəsində layihəyə baxacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər