Güclü günəş partlayışının plazması bu gecə Yerə çatacaq
Dünya
05.11.2025 19:15
Noyabrın 5-də baş verən M7.4 gücündə günəş partlayışından yaranan plazma buludu noyabrın 7-dən 8-nə keçən gecə Yerə çatacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, partlayış Bakı vaxtı ilə 15:19-da günəşin 4274 nömrəli ləkələr qrupunda qeydə alınıb. Alimlər plazma buludunun Yerə təsir edəcəyinin “garantili” olduğunu bildiriblər. Hələlik modellər olmasa da, koronal müşahidələr təsiri təsdiqləyir.
Məlumata görə, plazma atılmasının ən sıx hissələri hazırda Yerin yanından keçib. Buna görə, ilk təsirin orta dərəcədə olacağı gözlənilir. Plazma buludunun birbaşa təsiri isə yalnız 2–3 gün sonra – cümə və ya şənbə günü mümkün olacaq.
Jalə Rövşən
tag: Günəş ,Plazma ,Yer,Plazma buludu,Todaypress.tv,
