Gözəllik kraliçası Kann Film Festivalında hücuma məruz qaldı - VİDEO
Dünya
22.05.2026 10:36
Venesuelalı model və gözəllik kraliçası Andrea del Val Kann Film Festivalı zamanı hotel otağında hücuma məruz qaldığını bildirib.
TodayPress TV xəbər verir ki, 29 yaşlı model sosial şəbəkədə paylaşım edərək hadisəni açıqlayıb.
Onun sözlərinə görə, qarşıdurma şəxsi stilisti Civanni Laquna ilə mübahisə zamanı baş verib. Del Val iddia edir ki, stilist ona qayçı ilə üz nahiyəsindən xəsarət yetirib.
Model qan içində olan üzünün və dağıdılmış otel otağının foto və videolarını paylaşıb və yazıda “Civanni Laquna mənə bunu etdi” deyə qeyd edib.
Hadisədən dərhal sonra hotel əməkdaşları polisə məlumat verib. Stilist Civanni Laquna polis tərəfindən nəzarətə alınıb. Andrea del Val xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu və həyati təhlükəsinin olmadığını bildiriblər.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı intensiv araşdırma aparılır.
Türkan İsgəndərli
tag: Model,Kann,Hücum,Andrea de Val ,Todaypress.tv,
