"Google" "Anthropic"ə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

"Google" "Anthropic"ə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır
25.04.2026 06:45 Dünya

ABŞ-nin texnologiya nəhəngi "Google"un süni intellekt startapı "Anthropic"ə əvvəlcə 10 milyar dollar, daha sonra isə 30 milyar dollar məbləğində əlavə investisiya yatıracağı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, "Anthropic" şirkəti "Alphabet" holdinqinə daxil olan "Google"un nağd şəkildə 10 milyar dollarlıq investisiya öhdəliyi götürdüyünü açıqlayıb.

Qeyd olunub ki, "Anthropic" müəyyən edilmiş performans hədəflərinə çatacağı təqdirdə, "Google" daha 30 milyar dollar əlavə vəsait ayıracaq. Bu vəsaitin "Anthropic"in hesablama gücünün əhəmiyyətli dərəcədə genişləndirilməsinə dəstək verəcəyi vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər