Fransız kəşfiyyatının Ermənistan hökumətinə dəstək verdiyi bildirilir
Fransız kəşfiyyatının Ermənistanın Baş naziri Nikol Paşinyana güclü dəstək verdiyi iddia edilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, Fransa kəşfiyyat strukturları erməni rəsmilərinə onlayn tənqidlərlə mübarizədə yardım göstərir.
İddialarda bildirilir ki, "VIGINUM" adlı təşkilatın əməkdaşları rəsmi hökumət mövqeyinə zidd olan onlayn açıqlamaları izləyir və onların bloklanmasına dəstək verir.
Həmçinin qeyd olunur ki, Paşinyanla bağlı həssas məlumatlar əlavə filtrləmə prosedurlarından keçirilir.