Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu

Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu
13.08.2026 21:54 Dünya

Fransada peşəkar yanğınsöndürənlərin həmkarlar ittifaqları çağırışların sayının artması və irimiqyaslı meşə yanğınları fonunda resursların və şəxsi heyətin sayının artırılması tələbilə sentyabrda ümummilli səfərbərlik elan ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Yanğın-xilasetmə xidmətlərinin doqquz həmkarlar ittifaqı Fransanın daxili işlər naziri Loran Nünyeslə görüş keçirib, lakin mülki təhlükəsizliyin modernləşdirilməsi haqqında qanun layihəsinin maliyyələşdirilməsi və məzmunu ilə bağlı konkret təkliflərin olmamasından narazı qalıblar.

"Nazir gözləntiləri doğrultmadı, biz konkret cavab almadıq. Bizdə nə maliyyələşmə, nə onun strategiyası, nə də qanun layihəsinin məzmunu barədə bəyanat var", - həmkarlar ittifaqları birliyinin nümayəndəsi Ksavye Boy bildirib.

Həmkarlar ittifaqları dövlət qulluqçularının ümummilli fəaliyyət günü çərçivəsində sentyabrın 29-da "intensiv səfərbərlik" çağırışı ediblər. Bundan əlavə, peşəkar yanğınsöndürənlər sentyabrın 26-28-də Parisin Respublika meydanında statik etiraz aksiyası keçirmək niyyətindədirlər.

Əsas tələblər arasında yanğın-xilasetmə xidmətlərinin resurslarının artırılması, peşəkar yanğınsöndürənlərin kütləvi şəkildə işə qəbulu və mülki təhlükəsizliyin modernləşdirilməsi haqqında qanunun ən qısa zamanda qəbul edilməsi yer alır. Həmkarlar ittifaqları xüsusilə 21 min yeni iş yerinin açılmasını da tələb ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər