Fransada yanacaq qıtlığı: 1200-dən çox YDM təsirləndi

Dünya

01.04.2026 12:18

Fransada yanacaq tədarükündə yaranan problemlər minlərlə yanacaqdoldurma məntəqəsini əhatə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC” radiostansiyası məlumat yayıb.

Məlumata görə, ölkədə fəaliyyət göstərən təxminən 10 min yanacaqdoldurma məntəqəsindən:

— 750-də dizel çatışmazlığı

— 569-da benzin (SP95-E10) qıtlığı müşahidə olunur

— 156 məntəqədə isə hər iki yanacaq növü çatışmır

Beləliklə, problem ümumilikdə məntəqələrin təxminən 12%-ni əhatə edir.

Energetika Nazirliyindəki mənbələr bildiriblər ki, vəziyyət yanacaq qıtlığı deyil, logistika problemləri ilə bağlıdır. Bu, xüsusilə bəzi məntəqələrdə tələbatın artması ilə izah olunur.

Qeyd olunub ki, “TotalEnergies” şirkəti dizel və benzinin qiymətini 7 aprelədək sabit saxlamaq qərarı verib.

Qiymət Mahir

tag: Fransa,Benzin,YDM ,Energetika ,TodayPress TV,