Fransada iğtişaşlarda 300-dən çox aksiyaçı saxlanıldı

Fransada iğtişaşlarda 300-dən çox aksiyaçı saxlanıldı
10.09.2025 22:30 Dünya
Fransada etirazlarda saxlanılanların sayı 327 nəfərə çatıb.

TodayPress TV-nin xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, gün ərzində ölkə üzrə ən azı 327 həbs qeydə alınıb. Onların 199-u paytaxtda saxlanılıb. 

Ümumilikdə ölkə üzrə 700-dən çox müxtəlif aksiya gözlənilir və 100 min insanın iştirak edəcəyi bildirilir. 

Aynur TAC

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər