Fransa XİN: “Ukraynada sülh danışıqları Avropasız mümkün deyil!”

Dünya

01.12.2025 14:29

Ukrayna ilə bağlı sülh danışıqları Avropanın iştirakı olmadan aparıla bilməz.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Parisə səfərinin təsadüfi olmadığını vurğulayaraq qeyd edib ki, Fransa Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün fəal şəkildə çalışır.

Nazir həmçinin ABŞ Prezidenti Donald Trampın 28 bəndlik ilkin planının Avropanın maraqları nəzərə alınaraq dəyişdirildiyini deyib.

Barrotun sözlərinə görə, ABŞ ilk dəfə Avropa ilə birlikdə təhlükəsizlik zəmanətlərini və sülhdən sonra mümkün təcavüzün qarşısını almağa yönəlmiş hərbi elementləri müzakirə etməyə hazır olduğunu açıq şəkildə bildirib.

Zelenski və həyat yoldaşı dekabrın 1-də Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün Parisə gəliblər. Görüşdə Ukraynadakı vəziyyət və davamlı sülh üçün şərtlər müzakirə olunacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Ukrayna ,Sülh ,Fransa,Donald Tramp,Todaypress.tv,