Fransa Qrenlandiyada konsulluq açır

Dünya

06.02.2026 17:43

Fransa Qrenlandiyada konsulluq açır.

TodayPress TV xəbər verir ki, bu barədə "Franceinfo" məlumat yayıb. Fransanın baş konsulu Jan-Noel Puarye adanın paytaxtı Nuukda fəaliyyət göstərəcək.

Baş konsul bildirib ki, onun əsas məqsədi Qrenlandiya sakinlərinin ölkələrinin gələcəyi ilə bağlı fikirlərini dinləməkdir. "Franceinfo" qeyd edir ki, konsulluğun açılması ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməklə bağlı açıqlamaları fonunda Vaşinqtonla yaranan gərginlik dövrünə təsadüf edir.

Hazırda Qrenlandiyada cəmi səkkiz Fransa vətəndaşı qeydiyyatdadır. Buna baxmayaraq, baş konsulun səlahiyyətləri geniş olacaq. O, adada fəaliyyət göstərmək istəyən fransız alimlərini, müəssisələri və turizm şirkətlərini dəstəkləyəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,Qrenlandiya,Konsulluq,Səlahiyyət,Todaypress.tv,