Fon der Lyayen: "Avropa Suriyanın bərpasına dəstək verəcək"
Dünya
09.01.2026 15:14
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının sədri Antonio Kosta Suriyanın paytaxtı Dəməşqə etdikləri ilk səfərdə, ölkənin yenidən qurulması və bərpası prosesinə dəstək verəcəklərini bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə Fon der Lyayen "X" sosial media platformasında paylaşım edib.
Sədrlər Dəməşqdə Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşdükdən sonra bəyanatla çıxış ediblər.
"Onilliklər boyu davam edən qorxu və sükutdan sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir yola çıxıbar. Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək", - deyə Fon der Lyayen vurğulayıb.
"Aİ-nin Suriyaya olan davamlı dəstəyini göstərmək üçün bu gün buradayıq. Qarşıda hələ uzun yol var, lakin siz ilk addımları artıq atmısınız", - deyə Kosta bildirib.
Qeyd edək ki, bu 2024-cü ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra Aİ-dən Suriyaya edilən ən yüksək səviyyəli səfər olub.
Aysel Mətləb
tag: Aİ,Ursula fon der Lyayen,Avropa,Suriya,Todaypress.tv,
