"Flydubai" İrana uçuşları ləğv etdi

Dünya

09.01.2026 16:01

“Flydubai” aviaşirkəti yanvarın 9-da İrana planlaşdırılan bütün uçuşları ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, bölgədəki vəziyyət diqqətlə izlənilir və uçuş cədvəlləri yaranan şəraitə uyğun olaraq tənzimlənəcək.

Qeyd edək ki, İranda dekabrın 28-dən etibarən yerli valyutanın kəskin ucuzlaşması fonunda kütləvi etirazlar başlayıb. Etirazlar polis tərəfindən gücləndirilmiş təhlükəsizlik tədbirləri, o cümlədən gözyaşardıcı qaz və hava silahlarından istifadə ilə müşayiət olunub. Ən böyük aksiyalar Tehranda, ən şiddətli toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində qeydə alınıb.

Yanvarın əvvəlində İran hakimiyyəti ölkə üzrə internet və telefon rabitəsini müvəqqəti olaraq dayandırıb. Bu addımın etirazlara qarşı tədbirlərin bir hissəsi olduğu bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Dubay,İran,Uçuş,Reys,Todaypress.tv,