Finlandiya “Kalaşnikov”dan imtina etmək istəyir
Finlandiya ordusu mövcud “Kalaşnikov” avtomatlarını qərb istehsalı silahlarla əvəzləməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.
Mənbəyə görə, əvəzləyici olaraq fin istehsalı "Sako ARG" avtomatik tüfəngi nəzərdə tutulur. Silah Finlandiya və İsveç ordularının iştirakı ilə "Sako" şirkəti tərəfindən hazırlanır. Məlumata görə, "ARG" üç modifikasiyada — 7,62 mm və 5,56 mm kalibrli variantlarda istehsal ediləcək.
Qeyd olunur ki, yeni silahın ilk sahə sınaqları 2026-cı ilin yazında keçiriləcək.
Bundan əvvəl isə Finlandiya Hərbi Hava Qüvvələrinin bölmələrinin bayraqlarından svastikanın götürüləcəyi açıqlanmışdı.
Qiymət Mahir