Finlandiya ərazisində Amerika nüvə silahlarını yerləşdirməyə hazırdır

Finlandiya ərazisində Amerika nüvə silahlarını yerləşdirməyə hazırdır
27.04.2026 20:20 Dünya

Finlandiya öz ərazisində Amerika nüvə silahlarını yerləşdirməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, bu qərar NATO daxilində milli müdafiə və ya hərbi əməkdaşlığa xidmət etməlidir və planlaşdırılan dəyişikliklər parlamentdə təsdiqləndikdən sonra mümkün qədər tez qüvvəyə minməlidir.

Xatırladaq ki, martın əvvəlində hökumət nüvə silahlarına qoyulan mövcud qadağanı yenidən nəzərdən keçirmək niyyətində olduğunu açıqlamışdı. Həmçinin Müdafiə Nazirliyi Finlandiyanın NATO-dakı rolunu yerinə yetirə bilməsi üçün aradan qaldırılmalı olan hüquqi maneələrə diqqət çəkmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər