Filippində tayfun nəticəsində ölənlərin sayı 110-u keçdi
Filippində "Kalmaeqi" tayfunu nəticəsində 110-dan çox insan ölüb.
TodayPress TV-nin məlumatına görə, fəlakət nəticəsində ən azı 111 nəfər həlak olub.
Bildirilib ki, ölənlərin sayı arta bilər.
Məlumata görə, ən təhlükəli ərazilərdən təxminən 800 min insan təxliyə edilib.
Aynur TAC