Filippində "Grok"a giriş yenidən açılacaq

Filippində "Grok"a giriş yenidən açılacaq
21.01.2026 17:51 Dünya

Amerikalı sahibkar İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanan "Grok" çatbotuna Filippində giriş bərpa olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Filippin Kibercinayətkarlıq Araşdırma Mərkəzinin rəhbəri Renato Paraiso bildirib ki, "Grok"un tərtibatçıları platformanın artıq məzmunu manipulyasiya etməyəcəyinə dair təminat veriblər. Qadağa götürüldükdən sonra da tətbiqin ölkə qanunlarına uyğunluğu diqqətlə izlənəcək.

Mərkəz həmçinin "xAI" şirkətinin "Grok"un funksiyalarını Filippinin xüsusiyyətlərinə uyğunlaşdırmağa söz verdiyini açıqlayıb. Xüsusilə, istifadəçilərə dərin saxtakarlıqlar (deepfake) yaratmağa imkan verən funksiya deaktiv edilib.

Qeyd edək ki, "Grok" çatbotu yanvarın 17-də Filippində bloklanmışdı. Bundan əvvəl, yanvarın 12-də Malayziya da süni intellekt tərəfindən uyğunsuz məzmunun yaradılması riski səbəbilə "Grok"u müvəqqəti olaraq bloklayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər