FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir

FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir
02.08.2026 19:36 Dünya

FIFA prezidenti Canni İnfantinonun illik maaşını 30 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırdığı iddia edilir.

TodayPress TV bu barədə “The Times” nəşrinə istinadən xəbər verir ki, İnfantino “FIFA Forward Enterprise” layihəsinin həyata keçirilməsi halında bu məbləğə çatacaq maaş almağı nəzərdə tutub.

Bundan əlavə, FIFA rəhbərinin yaradılması planlaşdırılan şirkətə rəhbərlik edəcəyi təqdirdə əlavə bonuslar əldə etməyi də düşündüyü bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər